Be a volunteer
02/27/2020
Parisdə Xocalı faciəsinin anım mərasimi keçirilib
Fransanın paytaxtı Parisdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Fransadakı səfirliyi və İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) birgə təşkil etdiyi anım mərasimində Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa, Qazaxıstanın Fransadakı səfiri Jan Qaliev, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun digər nümayəndələri, fransalı siyasətçilər, elm adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev Xocalı soyqırımının tarix boyu ermənilər tərəfindən xalqımıza qarşı düşünülmüş və məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə, soydaşlarımızın doğma torpaqlarından deportasiya edilməsi və həmvətənlərimizə qarşı genosid siyasətinin davamı olduğunu bildirib. Diplomat Xocalı soyqırımı haqqında qonaqlara dolğun məlumat verib. O, ulu öndər Heydər Əliyev tərəfindən Dağlıq Qarabağda azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş Xocalı qətliamına siyasi qiymətin verildiyini bildirib.

İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Prezidenti Taha Ayhan təşkilatın baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə start verilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyası və rəhbəri olduğu təşkilatın kampaniyaya dəstəyi, bu istiqamətdə görülən işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Məcburi köçkün həyatının ağrılarını yaşamış Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbir iştirakçılarına o anların dəhşətləri və məcburi köçkün həyatının acıları barədə danışıb.

Tədbirdə Xocalı soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib. Filmdə Xocalı soyqırımının baş verdiyi gecə ölümdən xilas ola bilən məcburi köçkünlər fevralın 25-dən 26-a keçən gecə yaşadıqları və gördükləri dəhşətləri nəql edirlər.

Tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş rəsm əsərləri ilə də tanış olub. İştirakçılar bəşər tarixinin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında bir daha incəsənətin dili, fırçanın gücü ilə məlumatlandırılıblar.

Source: https://ordu.az/ru/news/161540/parisde-xocali-faciesinin-anim-merasimi-kecirilib
OPINION
  • NEWSLETTER
  • Get The Latest News & Updates
LATEST
TWEETS
/icyf_official
  • Pleased to announce that the first session of ICYF Online Media Training will be conducted by Ms. Katie Zitzer, Reg… https://t.co/uvxQiOT9Co
  • 3 hrs ago
  • Another great news! ICYF President H.E. Taha Ayhan will also be joining the ICYF Online Media Training to deliver h… https://t.co/suFIEiPk5V
  • 5 hrs ago
  • Great news! ICYF Online Media Training kicks off tomorrow. And we are so delighted to announce that H.E. @kasapoglu… https://t.co/s1iw6XV4sZ
  • 5 hrs ago
  • On 11 July 1995, over 8,000 innocent people were murdered because of their religion & ethnicity. May Allah Subhana… https://t.co/kwaLhaJb3p
  • yesterday
  • The Islamic Cooperation Youth Forum offers heartfelt condolences to the People and Government of Bosnia Herzegovina… https://t.co/LBz3KOtysC
  • yesterday
  • #LIVE: Intellectual Islamic Heritage: Seen through the Eyes of Youth | Closing Session https://t.co/oBK0aUsa5Q
  • 2 days ago
  • So excited to introduce Dhaka - OIC Youth Capital 2020 to engage and empower youth for a better world from the land… https://t.co/DgnzP03Mtg
  • 3 days ago
  • #LIVE: Young Volunteers Fighting Against Addiction Session 06 | Green Crescent Youth and Voluntary Activities https://t.co/kpceCVSFTw
  • 3 days ago
  • #LIVE: Young Volunteers Fighting Against Addiction Session 05 | Gambling and Online Gambling Addiction https://t.co/9IocAhsAik
  • 3 days ago
  • #LIVE: Young Volunteers Fighting Against Addiction Session 04 | Substance Addiction https://t.co/K6gYk0akbt
  • 3 days ago