Be a volunteer
02/27/2020
Parisdə Xocalı faciəsinin anım mərasimi

Fransanın paytaxtı Parisdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

“Report”un Fransa bürosu xəbər verir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Fransadakı səfirliyi və İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) birgə təşkil etdiyi anım mərasimində Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa, Qazaxıstanın Fransadakı səfiri Jan Qaliev, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun digər nümayəndələri, fransalı siyasətçilər, elm adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev Xocalı soyqırımının tarix boyu ermənilər tərəfindən xalqımıza qarşı düşünülmüş və məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə, soydaşlarımızın doğma torpaqlarından deportasiya edilməsi və həmvətənlərimizə qarşı genosid siyasətinin davamı olduğunu bildirib. Diplomat Xocalı soyqırımı haqqında qonaqlara dolğun məlumat verib. O, ulu öndər Heydər Əliyev tərəfindən Dağlıq Qarabağda azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş Xocalı qətliamına siyasi qiymətin verildiyini bildirib.

İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Prezidenti Taha Ayhan təşkilatın baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə start verilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyası və rəhbəri olduğu təşkilatın kampaniyaya dəstəyi, bu istiqamətdə görülən işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Məcburi köçkün həyatının ağrılarını yaşamış Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbir iştirakçılarına o anların dəhşətləri və məcburi köçkün həyatının acıları barədə danışıb.

Tədbirdə Xocalı soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib. Filmdə Xocalı soyqırımının baş verdiyi gecə ölümdən xilas ola bilən məcburi köçkünlər fevralın 25-dən 26-a keçən gecə yaşadıqları və gördükləri dəhşətləri nəql edirlər.

Tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş rəsm əsərləri ilə də tanış olub. İştirakçılar bəşər tarixinin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında bir daha incəsənətin dili, fırçanın gücü ilə məlumatlandırılıblar.

Source: https://report.az/dagliq-qarabag-munaqishesi/xocali-faciesi-parisde-anildi/

OPINION
  • NEWSLETTER
  • Get The Latest News & Updates
LATEST
TWEETS
/icyf_official
  • 300 million people around the globe. May this Nowruz holiday bring joy and inspiration to us all.
  • 7 days ago
  • ICYF President H.E. Taha Ayhan extends his warmest greetings and wishes for good health and happiness to all those… https://t.co/gdzqM1AMQ1
  • 7 days ago
  • With its embodiment of great faith and sacrifice, Çanakkale victory is marked with unforgettable memories of a nati… https://t.co/qVl3THCiKf
  • a week ago
  • March 18th Martyrs’ Day and 105th Anniversary of Çanakkale Victory Commemorating the 105th Anniversary of the Çan… https://t.co/HTFjOWbJhP
  • a week ago
  • RT @ahmetcinpendik: Önceki dönem AK Parti İstanbul İl Gençlik Kolları Başkanı ve İslam İşbirliği Gençlik Forumu (ICYF) Başkanı @tahaayhan'ı…
  • 3 weeks ago
  • The 2nd Session of the Permanent Ministerial Council on Youth and Sports of OIC Countries was successfully held in… https://t.co/C1gVLCgFi0
  • 3 weeks ago
  • The 2nd Session of the Permanent Ministerial Council on Youth and Sports was held in Baku, Azerbijan.
  • 3 weeks ago
  • Here’s the wrap up video featuring the best moments of the International Volunteers Forum of Islamic Countries held… https://t.co/264qNsEtMz
  • 3 weeks ago
  • As a part of the International Volunteers Forum in Baku, interactive workshops were conducted with young volunteers… https://t.co/N4qMKidadC
  • 4 weeks ago
  • A young Moroccan journalist and Influencer Ms. Ihssane Benalluch joined us at the International Volunteering Forum… https://t.co/oXcfmQUBf8
  • 4 weeks ago